Deditos in Azerbaijani

1 Seriya – Allah Dünyanı Yaratdı

Müqəddəs Kitabda Allahın bütün dünyamızı, eləcə də ilk insanları necə yaratdığı haqda təsirli hekayə danışılır. Adəm Allahın onu Eden bağına necə yerləşdirdiyi haqda sevinclə danışır. O, heyvanlara ad verir, sonra isə Allah ona özünə bənzəyən gözəl bir həyat yoldaşı yaradır.

2 Seriya – Günah Dünyaya Girəndə

Dünya Eden bağından çox fərqlənir. Adəm və Həvva öz oğulları Şetə şeytanın sınağına necə düşdükləri barədə danışırlar. Onların Allaha itaətsizlikləri çoxlu əzab və əziyyətlərə səbəb olur, amma bütün bunlara baxmayaraq Allahın lütfü sonsuzdur.

3 Seriya – Nuh və Daşqın

Allah bəşəriyyətin pisliyini görəndən sonra dünyanı məhv etmək qərarına gəlir və Öz planını yer üzündəki yeganə saleh insanla bölüşür. Nuh və ailəsi çoxlu istehzalarla qarşılaşaraq özlərini və heyvanları xilas etmək üçün gəmi düzəldirlər. Onlar görürlər ki, Allah qüdrətli və ədalətli olmaqla yanaşı, həm də sevgi doludur.

4 Seriya – İbrahimin övladları

Allah çox heyrətamiz əhdlə qocalmış bir bütpərəstin yanına gəlir… Allah onun vasitəsilə bütün xalqlara xeyir-dua verməyi vəd edir. İbrahim və onun olanlara şübhəylə yanaşan sonsuz arvadı Sara ağır sınaqlarla üzləşirlər. Lakin onlar Qüdrətli Allaha tabe olmağın nə demək olduğunu öyrəndikcə onların imanı daha da güclənir.

5 Seriya – Yusifin Sevimli Oğul, Qul, daha sonra Padşah olması

Qardaşlarının öldürəcək dərəcədə nifrət etdiyi gənc Yusifi uzaq Misir torpaqlarına köləliyə aparırlar. Yusif orada sınaqlar və davamlı ədalətsizliklərlə üzləşir. Lakin Allah Öz xalqı üçün planını möcüzəvi şəkildə yerinə yetirmək üçün Yusifdən istifadə edir.

6 Seriya – Allah Öz xalqını azad edir

İsraillilər misirlilərin boyunduruğu altında əziyyət çəkirlər. Allah Öz xalqının fəryadına cavab verir və onlara xilaskar göndərir. Hər kəs İbrahimin, İshaqın və Yaqubun Allahının qüdrətini görənədək Musa Allahın qüdrəti ilə Firona və onun bütlərinə qarşı durur.

7 Seriya – Allah və Onun Səhradakı Xalqı

Yeniyetmə Adina və Yotam qorxurlar ki, vəd edilmiş torpaqda nəhənglər ola bilər. Kalev baba Allahın səhrada göstərdiyi möcüzələr haqqında danışır. Onların başçıları Yeşua onları möcüzəvi şəkildə İordan çayının digər tayına keçirəndə onlar öz təcrübələrində görürlər ki, Allah Öz vədinə sadiq qalır.

8 Seriya – Divarın arxasındakı iman

Yeşua əzəmətli Yerixo şəhərini fəth etmək üçün öz ordusunu hazırlayır, lakin onun casusları şəhər divarlarının arxasında böyük imanı olan bir qadınla qarşılaşırlar. Allah İsrailə Yerixo üzərində möcüzəvi qələbə bəxş edir və onlar Allahın xalqı olmağın nə demək olduğunu daha dərindən anlayırlar.

9 Seriya – Mənə bi̇r əlamət göstər

İsrail qəddar Midyan orduları tərəfindən sıxışdırılır. Allah özünə güvənməyən əkinçi Gideonu İsraili xilas etmək üçün çağırır. Gideon Allahdan bu çağırışı təsdiq etməsini xahiş edir. Allah onun istəyinə cavab verir. Bu, Gideona güc verir və o, cəmi üç yüz nəfərlik ordu ilə güclü düşməni məğlub edir.

10 Seriya – Kral ürəyi

Şamuel peyğəmbər gənc Davudu gələcək padşah kimi məsh edir. Davud nəhəng Qolyatı məğlub edib xalqın qəlbini fəth edərək özünü Allaha həsr edir. Bu, padşah Şaulu qəzəbləndirir, buna görə də Davud Allahın məsh olunmuşundan canını qurtarmaq üçün qaçmağa məcbur olur.

11 Seriya – İsraildə peyğəmbər var

İsrail xalqı Allahdan üz döndərir və bunun nəticələri ilə üzləşir. Lakin Allah bir kölədən və Öz cəsarətli peyğəmbəri Elişadan istifadə edib, dul qadınlara, yetimlərə, həmçinin sərkərdələrə və padşahlara xatırladır ki, Ona müraciət edənlər hələ də Onun qüdrətini və mərhəmətini görə bilərlər.